"MuğanBank"da müştəri bıçaqla mühafizəçinin ağzını kəsdi
- 3-02-2020, 15:11
- 837
Hadisə parkinq yerinə görə baş verib. Bankın müştərisi avtomobilini bankın sədrinin maşını üçün nəzərdə tutulan yerdə saxlayıb. Bu zaman mühafizəçi müştəriyə yaxınlaşaraq maşını yerindən çəkməyi tələb edib.
Müştəri ilə mühafizəçi mübahisə etməyə və bir-birlərinə nalayiq ifadələr səsləndirməyə başlayıblar.
Sonda isə müştəri mühafizəçinin ağız nahiyəsinə bıçaqla xəsarət yetirib. (Baku.ws)