Bakıda ev yiyəsi kirayənişini arvadı ilə tutdu - Başı kəsildi
Bakıda ötən gün törədilən qətlin təfərrüatları məlum olub.
xalqxeber.az xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən verilən məlumata görə, rayonun Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan, 1992-ci il təvəllüdlü İlkin Səməd oğlu Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial Elzibar oğlu İsmayılovu qətlə yetirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çıxıb. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, İ. Əhmədov uzun müddətdir F. İsmayılovun evində kirayədə yaşayıb. F. İsmayılov İ. Əhmədovun onun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. O, ötən gün səhər işə getmək adı ilə evdən çıxıb və tez geri dönüb. Evə qayıdarkən isə İ. Əhmədovu həyat yoldaşı ilə bir yerdə tutub. Nəticədə onların arasında dava düşüb və İ. Əhmədov F. İsmayılovu bıçaqlayıb.
Hadisəni törədən İ. Əhmədov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək