SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Gəncəli "avtoş"lar ələ keçdi - FOTO

Gəncəli "avtoş"lar ələ keçdi - FOTO

Tarix:

30-01-2020, 16:08

/ 872 dəfə oxundu.
Gəncəli "avtoş"lar ələ keçdi - FOTO

DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan, Gəncə şəhər sakinləri Nail Rzayev, Eldəniz Nəcəfov, Suliddin Novruzov və Taleh Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub. “Mercedes”, “VAZ 21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.
Gəncəli "avtoş"lar ələ keçdi - FOTO


Şərhlər

XƏBƏR LENTİ