Bakıdakı yanğının şok səbəbi
Bakıda ötən gecə hündürmərtəbəli binada baş verən yanğının səbəbi bəlli olub.
Yenisabah.az-ın əldə etdiyi xəbərə görə, Cəlil Məmmədquluzadə küçəsi 998 ünvanında yerləşən binanın 10-cu mərtəbəsində yanğın baş verib.
Hadisə nəticəsində 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Əldə etdiyimiz xəbərdə bildirilir ki, hadisənin baş verməsinə səbəb ailə münaqişəsi olub. Belə ki, Emin adlı şəxs həmin binada ikinci həyat yoldaşı ilə yaşayır. Ötən gecə həmin şəxsin birinci həyat yoldaşı binaya daxil olaraq mənzilə qalxır. Orada baş verən qarşıdurma zamanı birinci həyat yoldaşı mənzilə od vurur. Bu zaman otaqda azyaşlı uşaqların da olduğu bildirilir.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək