Ərə getməkdən imtina etdi - Qardaşı bıçaqladı
Şabran şəhərində bıçaqlanma hadisəsi baş verib.
Şabran şəhər sakini, 24 yaşlı Nurşan Rzayev 29 yaşlı bacısı Seyidcanı bıçaqlayıb.
Çoxsaylı bıçaq xəsarəti alan Seyidcan Rzayeva xəstəxanaya yerləşdirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Nurşan Rzayev polis əməkdaşları tərəfindən həbs edilib. İstintaqa ifadə verən şübhəli şəxs törətdiyi cinayəti etiraf edib. Bildirib ki, bıçaqladığı bacısı hadisədən bir neçə ay əvvəl nişanlanıb. Amma toya bir neçə gün qalmış Seyidcan Rzayeva ərə getməkdən imtina edib. Bu səbəbdən ailədə münaqişə yaranıb və o, bacısına bıçaqla xəsarət yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək