SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » "Araz” market qarət edildi, 2 nəfər bıçaqlandı

"Araz” market qarət edildi, 2 nəfər bıçaqlandı

Tarix:

22-11-2019, 12:11

/ 1 329 dəfə oxundu.
"Araz” market qarət edildi, 2 nəfər bıçaqlandı

Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Zabrat qəsəbəsində yerləşən "Araz" marketdə qeydə alınıb.

Belə ki, mağazaya girən oğru 2 nəfəri - 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayıb.
Hər iki yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

V.Şıxıyevə sol döş qəfəsinin kəsilmiş-deşilmiş diaqnozu qoyulub və cərrahiyyə şöbəsinə, M.İsgəndərova isə sol qoltuqaltı nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

XƏBƏR LENTİ