Oğrular əməllərinə yeniyetməni də alət etdilər
Noyabrın 16-da Şəki şəhər sakini Yusif Yusifov DİN-in “102”- Zəng Mərkəzi Xidməti ilə əlaqə saxlayaraq atasına məxsus akkumulyator təmiri emalatxanasından yeni akkumulyatorların oğurlanması barədə məlumat verib. Müraciət aidiyyatı üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə yönləndirilib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus emalatxanadan ümumi dəyəri 350 manat olan 5 ədəd akkumulyatorun oğurlandığı müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törədən şəxslərin Şəki şəhər sakinləri Nicat Salmanov, Elvin Həmidli və bir yeniyetmə olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər və oğurladıqları akkumulyatorlar onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək