Zaqatalada narkotik becərən Balakən sakinləri saxlanldı
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Lahıc kəndi ərazisində yerləşən çöl sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə narkotik tərkibli bitkilər becərən Balakən rayonu Qasbinə kənd sakinləri 32 yaşlı Pərviz Caniyev və həmyaşıdı Aydın Pirxiyev saxlanılıblar. Hal şahidlərinin iştirakı ilə qeyd olunan əraziyə keçirilən baxış zamanı oradan yaş çəkisi 57 kiloqram olan 121ədəd narkotik xassəli çətənə bitkiləri və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar olunub.
Dindirilmə zamanı P.Caniyev və A.Pirxiyev törətdikləri cinayət əməllərini etiraf ediblər.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırmalar aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...