Fahişəliyə cəlb etmədə təqsirləndirilən “Antalya Mehman” sayt rəhbərlərini tutdurdu
- 6-08-2019, 17:48
- 979
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Məmmədov 5 il 3 ay və M.Seyidov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Barələrində seçilmiş polisin nəzarəti qətimkan tədbiri ləğv edilib və jurnalistlər məhkəmə zalından həbs olunub.
İttiham aktına əsasən, M.Seyidovla C.Məmmədov “Antalya Mehman” ləqəbi ilə tanınan Mehman Həsənova qarşı hədə-qorxu ilə pul tələb ediblər.
İstintaq dövründə jurnalistlərin barəsində polisin nəzarəti qətimkan tədbiri seçilib.
Xatırladaq ki, M.Həsənov hazırda qadınları fahişəliyə cəlb etmədə təqsirli bilinir. Onun cinayət işi üzrə məhkəməsi Nəsimi Rayon Məhkəməsində araşdırılır. Bu cinayət işində 10 zərərçəkmiş var.