“Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb
- 18-07-2019, 12:43
- 1 193
Abşeron rayon Prokurorluğundan verilən məlumata görə, Hökməli qəsəbəsində elektrik naqillərini təmir edən ASC-nin Xırdalan ETSİ-nin elektrik montyoru 1997-ci il təvəllüdlü Mirxan Şeydayevi elektrik cərəyanı vurub.
M. Şeydayev hadisə yerində keçinib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.