Tanınmış məmur qəzaya düşdü– Avtomobilinə 83 min manat ziyan dəyib
- 3-07-2019, 13:25
- 989
Mənbə bildirir ki, təkcə, yüksək çinli məmurun avtomobilinə dəyən zərər 83 min manat təşkil edib. Belə ki, qəzaya düşmüş avtomobili BMW Servis kimi tanınan, eyni zamanda sözügedən avtomobil şirkətinin Azərbaycandakı nümayəndəsi “İmprotex”in təmir sexinə aparıblar və onlar maşının təmiri və əzilmiş ehtiyat hissələrinin alınması üçün 83 min manat vəsaitin lazım olduğunu bildiriblər.
Daxil olan məlumatda o da qeyd olunur ki, həmin məmurun istifadə etdiyi BMW markalı maşının qiyməti 200 min manata yaxındır.
Onu da bildirək ki, qəzaya düşmüş məmurun kimliyi bizə məlum olsa da, tam dəqiqləşdirmə apardıqdan sonra bu barədə məlumat yayacağıq.
JAMAZ.İNFO