Tanınmış məmur qəzaya düşdü– Avtomobilinə 83 min manat ziyan dəyib
Azərbaycanda yüksək çinli məmurlardan biri avtomobil qəzasına düşüb. JAMAZ.İNFO etibarlı mənbələrə istinadən xəbər verir ki, başqa bir maşınla toqquşan məmurun avtomobilini sürücüsü idarə edirmiş. Ehtiyatsızlıq üzündən baş verən qəza nəticəsində ölüm hadisəsi qeydə alınmasa da, toqquşan hər iki avtomobilə ciddi ziyan dəyib.
Mənbə bildirir ki, təkcə, yüksək çinli məmurun avtomobilinə dəyən zərər 83 min manat təşkil edib. Belə ki, qəzaya düşmüş avtomobili BMW Servis kimi tanınan, eyni zamanda sözügedən avtomobil şirkətinin Azərbaycandakı nümayəndəsi “İmprotex”in təmir sexinə aparıblar və onlar maşının təmiri və əzilmiş ehtiyat hissələrinin alınması üçün 83 min manat vəsaitin lazım olduğunu bildiriblər.
Daxil olan məlumatda o da qeyd olunur ki, həmin məmurun istifadə etdiyi BMW markalı maşının qiyməti 200 min manata yaxındır.
Onu da bildirək ki, qəzaya düşmüş məmurun kimliyi bizə məlum olsa da, tam dəqiqləşdirmə apardıqdan sonra bu barədə məlumat yayacağıq.
JAMAZ.İNFO

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək