XalqXəbər.Az

XalqXeber.Az » Hadisə » MEŞƏDƏ ÇƏTƏNƏ ƏKMİŞDİ

MEŞƏDƏ ÇƏTƏNƏ ƏKMİŞDİ

MEŞƏDƏ ÇƏTƏNƏ ƏKMİŞDİ
25-06-2019, 10:12

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ləcət kəndinin ərazisində yerləşən meşəlik ərazidə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan qurudulmuş marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülmüşdür.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını cari ilin may ayında əkdiyini bildirib.
​Faktla bağlı araşdırmalar aparılır.
MEŞƏDƏ ÇƏTƏNƏ ƏKMİŞDİ
MEŞƏDƏ ÇƏTƏNƏ ƏKMİŞDİ
MEŞƏDƏ ÇƏTƏNƏ ƏKMİŞDİ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.