Bakıda həkimi öz tələbəsi əməliyyat etdi, öldü
Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, pediatr Sədaqət Şahsuvarova vəfat edib. Baku.ws-ə istinadən xəbər veririk ki, 65 yaşlı həkim Avrasiya Hospitalında etdirdiyi liposeksiya əməliyyatından 4 gün sonra ölüb.
Onun əməliyyatı plastik cərrah Vüqar Ələkbərov tərəfindən həyata keçirilib. Cərrah açıqlamasında, pasiyentinin ölümündə günahkar olmadığını bildirib:
"Əməliyyat uğurlu keçdi. Bir neçə saatdan sonra ayağa durub gəzdi. Lakin 2 gün sonra halı pisləşdi. Yaxınları onu başqa klinikaya apardılar, 4 gün sonra orada vəfat etdi.
Hazırda araşdırma gedir. Ölüm səbəbi qandakı hansısa infeksiyadır. Sidik yollarında da infeksiya tapılıb, üstəlik xroniki pnevmaniyası da var imiş.
Əgər ən az 1 həftə-10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq. Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub".
V.Ələkbərov Sədaqət xanımın vəfatından üzüldüyünü bildirdi: "Onun ölümü məni çox üzüb. Müəlliməm olub, anamız kimi çox sevirdik".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...