Salyanda məktəblilər olan mikro-avtobus aşdı - Ölən və yaralananlar var
Salyan məktəblilərin olduğu avtomobil qəza törədib, bir nəfər ölüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Şirvan şəhərindən şagirdləri Cəlilabad rayonuna güləş yarışına aparan sürücü idarə etdiyi “Mercedes Vito” markalı mikro avtobusun idarəetməsini itirərək aşırıb.
Qəza nəticəsində Şirvan sakini, 12 yaşlı Əhmədov İlkin Adil oğlu vəfat edib, digər iki şagird isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
***
Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 1 uşaq aldığı xəsarətlərdən yerində dünyasını dəyişib. Biri sürücü olmaqla 7 nəfər müxtəlif xəsarətlərlə Salyan Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onlardan 6-sının vəziyyəti normal, birinin vəziyyəti isə ağır stabil qiymətləndirilir.
***
Salyan Mərkəzi Rayon xəstəxanasından bildirilib ki, qəzada yaralanan şagirdlər travmatologiya şöbəsinə yerləşdirilib: “Yaralılar müxtəlif dərəcəli xəsarətlər alıb. Hazırda həkim müdaxiləsi edilir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək