Həbsxanadan çıxdı, iki bacısını doğradı — Bakıda QORXUNC HADİSƏ
Xəzər rayonunda qətl hadisəsi baş verib.
Gecə saatlarında Buzovna qəsəbəsi, Nəriman Əliyev küçəsində yaşayan 1976-ci il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu sərxoş halda bacıları ilə mübahisə edib.
Mübahisə zamanı M.Əlimanov əvvəlcə bacısı 1964-cü il təvəllüdlü Əlimanova Səadət Şirbala qızına çoxsaylı bıçaq zərbəsi vurub. S.Əlimanova hadisə yerində ölüb.
Daha sonra o, digər bacısı 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vurub.
Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.
Hadisə yerinə Xəzər rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsinin əməkdaşları cəlb edilib. M.Əlimanov saxlanılıb.
Məlumata görə, M.Əlimanov əvvəllər Cinayət məccəlləsinin 120-ci maddəsi ilə məhkum olunub.
Qeyd edək ki, Xəzər RPİ-nin əməkdaşları ONA-nın hadisə yerində olan əməkdaşlarının işinə mane olmağa çalışıb. Polislər jurnalistlərə müqavimət göstərib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...