BULDOZERİN EHTİYAT HİSSƏLƏRİNİ OĞURLAYIB SATMIŞDILAR
- 6-03-2019, 16:43
- 750
Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq əməllərini etiraf ediblər. Araşdırmalarla məlum olub ki, E.Şirinov və N.Əliyev kənd ərazisində təmir üçün dayanmış ÇTZ-B-11 markalı buldozerin sürət qutusunu və bir neçə ehtiyat hissələrini oğurlayaraq, sonuncuya məxsus “İj” markalı avtomobilə yükləyib hadisə yerindən uzaqlaşıblar. Törətdikləri oğurluq hadisəsi nəticəsində MMC-ə 10.000 (on min) manatdan çox maddi ziyan vuran həmin şəxslər, ehtiyat hissələrini rayon ərazisində yerləşən əlvan metal qəbulu məntəqəsinə dəyərindən dəfələrlə ucuz qiymətə satıblar. Polis əməkdaşları tərəfindən həmin metal qəbulu məntəqəsinin ünvanı müəyyən edilərək oğurlanmış ehtiyat hissələri maddi sübut kimi götürülüb.
Faktla bağlı RPŞ-də araşdırmalar aparılır.