Heroini qəbirstanlıqda gizlətmişdi
Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, yanvarın 23-də Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı Vüqar Babayev olduğu müəyyən edilib.
RPŞ-nin əməkdaşları tərəfindən V.Babayevin üzərinə keçirilən şəxsi baxış zamanı ondan sellofan bükümdə 130 qrama yaxın heroin aşkarlanıb.
Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən qəbirstanlıqda narkotik vasitə gizlətdiyi də məlum olub. Polis əməkdaşları tərəfindən hal şahidlərin iştirakı ilə həmin əraziyə baxış zamanı oradan sellofan bükümdə 231qram heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək