Yaşayış evində dəhşətli partlayış - Gəncədə
Gəncədə yaşayış evində partlayış olub.
Hadisə şəhərin 1 mikrorayon ərazisində bina 1, mənzil 57-də qeydə alınıb. 31 yaşlı Sahilə Ələsgərova yaşadığı evdə qaz sobasını yandırarkən anidən partlayış baş verib.
Rafiq Abbasov - qonşu: "Bu binada yaşayıram. Eşitdim qonşuda partlayış olub. Bizim evin aynaları da silkələndi. Düşdüm aşağı ki, görüm nə olub. Gördüm ki, qadını çıxarıblar çölə taksiyə qoyub aparırlar. Qolu, əli, üzü yanmışdı”.
Ağır xəsarətlər alan qadın yaxınlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatalogiya şöbəsinə çatdırılıb.
Şahin Quliyev - həkim: "Qadın qaz partlaması nəticəsində sifətin, boyunun, hər iki əllərin və hər iki bazu nahiyəsinin 2-ci 3-cü dərəcəli termiki yanığı almışdır. Xəstəyə yardım göstərildi, daha sonra vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə, yanıq mərkəzinə göndərildi”.
Hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək