Oğlu Moskvada öldü, iş adamı Bakıda özünü güllələdi
Bakıda intihar hadisəsi baş verib. Xəzər rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1960-cı il təvəllüdlü İldırım Rza oğlu Dadaşov “Makarov” tipli tapançadan baş nahiyəsinə atəş açaraq özünü öldürüb. İntihar hadisəsi zamanı mənzildə İ.Dadaşovdan başqa heç kəs olmayıb.
Mənzilin yoxlanılması zamanı kriminalistlər İ.Dadaşovun intihardan öncə yazdığı məktubunu aşkar ediblər. İş adamı ölümünün səbəbini orada açıq-aydın qeyd edib. Oğlunun ölümünün ona dinclik vermədiyini, bu cür yaşamağın mümkün olmadığını məktubda etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, mərhumun oğlu Moskva yaxınlığında avtoqəza zamanı dünyasını dəyişib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...