İtkin düşən qızı əmisi oğlu öldürüb - Əvvəl təcavüz edib
Ucarda baş verən dəhşətli qətlin təfərrüatları ortaya çıxıb.
A24.Az-a istinadən xəbər veririk ki, Ucar rayonu, Qaradağlı kəndində başı kəsilərək su kanalına atılan 31 yaşlı Gülnar Həşimovanın öz əmisi oğlu tərəfindən qətlə yetirildiyi məlum olub. Belə ki, İlkin Çıqqarov əmisi qızına 22 bıçaq zərbəsi endirib. O, qızı qətlə yetirməzdən öncə təcavüz edib. 26 yaşlı gəncin hadisəni sərxoş halda törətdiyi bildirilir.
İlkin Çıqqarov əmisi qızını pul qarşılığında başqa kişilərə satırmış. Hadisənin də pul üstündə baş verdiyi qeyd edilir. Əmisi qızını öldürən şəxs daha sonra bıçağı yaxınlıqdakı qamışlıq əraziyə ataraq qaçıb.
Xatırladaq ki, dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən İlkin Çıqqarov artıq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...