Türkiyədə qadınları fahişəliyə məcbur edən azərbaycanlılar tutulub
- 8-10-2018, 16:07
- 1 135
Vilayətin Mezitli qəsəbəsində Çiftçiköy məhəlləsində yerləşən mənzillərdən birində qadınların pul qarşılığında fahişəlik etmələrilə bağlı polis bölməsinə məlumat daxil olub.
Polis həmin ünvanda müşahidələr aparıb, binaya girib-çıxan şəxsləri araşdırıb. Məlum olub ki, bura gələn kişilər eskort saytlardan əlaqə yaratdıqları qadınlara intim xidmət qarşılığında 150 türk lirəsi verirlər.
Qeyd olunan ünvanda əməliyyat keçirilib, azərbaycanlı 4 qadınla birlikdə 7 kişi saxlanılıb. Şübhəlilərdən 3-ü və 2 azərbaycanlı qadının ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. S.M. və İ.N. adlı digər azərbaycanlı qadınlara “fahişəliyə yardım etmə və fahişəliyə cəlb etmə” maddələrilə cinayət işi açılıb. Hər iki şəxs saxlanılıb.