Qubada biçilmiş taxıl sahələrini yandıran şəxs saxlanıldı
- 14-09-2018, 17:37
- 1 266
Quba RPŞ-nin əməkdaşları tərəfindən aparılan araşdırmalarla yanğının həmin kənd sakini Rauf Şükürov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Polis əməkdaşları tərəfindən saxlanılarkən R.Şükürov ictimai qaydanı pozmuşdur. Şöbəyə gətirilən həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilmişdir.
Məhkəmənin qərarı ilə onun barəsində 5 gün müddətində inzibati həbs qərarı çıxarılmışdır.