Ağsuda yeni doğulmuş körpə dünyasını dəyişib
Ağsuda yeni doğulmuş körpə dünyasını dəyişib.
Məlumata görə, avqusutun 16-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində 1990-cı il təvəllüdlü Ağsu şəhər sakini Cəfərova Türkan Ramiz qızının təbii doğuşla dünyaya gətirdiyi körpə ölüb.
Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.
Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Əli Hüseynov isə Trend-ə bildirib ki, Cəfərova Türkan Ramiz qızı xəstəxanaya avqustun 16-da hamiləliyinin 39-40-cı həftəsində daxil olub. Qadın təbii yolla doğuş həyata keçirib, ona "ölü döl" diaqnozu qoyulub. Valideynlərinin istəyi ilə ölü doğulmuş körpənin ölüm səbəblərinin öyrənilməsi üçün onun meyiti ekspertizaya təqdim edilib.
Ə.Hüseynov qeyd edib ki, hazırda ana sağlam hesab edilir.
Baş həkimin müavini əlavə edib ki, T.Cəfərovanın buna qədər 3 hamiləliyi olub və onların hər bir hamiləlik 7, 8 və 9-cu ayda düşüklə bitib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək