Bakıda uşaq oğrusu PEYDA OLDU: ""Kinder” alacağını deyib…” – VİDEO
Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.
Bu barədə Bizimyol.info-ya azyaşlının valideyni Ramin Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə 11 avqust axşam saatlarında "Albalı” uşaq bağçasının yaxınlığında meydana gəlib. Evə gələn Tuncay Məmmədov atasına onu oğurlamaq istədiklərini bildirib.
R.Məmmədov bildirir ki, əvvəlcə ona inanmayıblar. Lakin bağçanın mühafizəçisi də uşağın dediklərini təsdiqləyib. Bundan sonra o,102 polis xidməti ilə əlaqə saxlayıb. Polislər yaxınlıqdakı mağazanın müşahidə kameralarını izləmək istəsələr də sahibi orada olmadığından buna nail ola bilməyiblər.
Azyaşlı atasına həmin hadisəni danışarkən bildirib ki, oğurluq etmək istəyən şəxs ona "kinder” alacağını bildirib. Həmin şəxsin hərəkətlərindən qorxan uşaq qaçaraq oradan uzaqlaşıb.
Qeyd edək ki, R.Məmmədov 102 polis xidməti ilə əlaqə saxladıqlarını, lakin rəsmi ərizə ilə polisə müraciət etmədiklərini bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək