YENİ TİKİLİLƏRDƏN KABEL OĞURLAYIRDILAR
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstə üzvləri saxlanılıb. Araşdırmalarla onların rayon sakinləri Sabir Orucov, Taleh Abıyev, Qalib Əlibəyov və əvvəllər məhkum olunmuş Zöhrab Həsənov olduqları məlum olub.
Dəstə üzvlərinin cari ilin əvvəlindən ayrı-ayrı vaxtlarda rayon ərazisində tikilməkdə olan 4 evdən ümumilikdə 3430 metr elektrik naqilləri oğurlamaqla ev sahiblərinə 1385 manat maddi ziyan vurduqları, həmin naqilləri yandıraraq əlvan metal qəbulu məntəqəsinə satıb pulu aralarında böldükləri müəyyən edilib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Nizam Həmidov
polis leytenantı

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...