Şirvanda mağazaya basqın: Butulkanı qızın başında sındırdılar - VİDEO
Şirvanda mağazaya basqın edən şəxslərin videogörüntüləri əldə olunub.
Hadisə aprelin 22-də, axşam saatlarında Şirvan şəhərində yerləşən marketlərdən birində baş verib.
Marketə pul əldə etmək məqsədilə daxil olan şəxs mağazanın satıcı-nəzarətçisi - 1994-cü il təvəllüdlü Mehdiyev Fərid Fərhad oğlunun və kassada əyləşən 1979-cu il təvəllüdlü Həmidova Aynurə Zabil qızının başına butulka ilə zərbələr endirib. Son anda kassadan pul götürə bilməyən cinayətkar qaçaraq aradan çıxıb.
Hər iki şəxs kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hadisə ilə bağlı polis orqanlarına məlumat verilib. Mağazanın müşahidə kameralarında əks olunan görüntülərdən məlum olub ki, mağazaya basqında iki nəfər iştirak edib. Onlardan biri mağazanın qarşısında pusquda durubmuş.
Hazırda hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək