SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Qarabağ əlili intihar etdi - TƏFƏRRÜAT

Qarabağ əlili intihar etdi - TƏFƏRRÜAT

Tarix:

9-02-2018, 17:35

/ 1 665 dəfə oxundu.
Qarabağ əlili intihar etdi - TƏFƏRRÜAT

Ötən gün səhər saatlarında Qəbələ rayonunun Seyidqışlaq kəndində Qarabağ qazisi intihar edib.
1968-ci il təvəllüdlü Qədirov Elman İlyas oğlunun meyiti həyat yoldaşı tərəfindən yaşadığı evin həyətində tapılıb. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələr aparıblar.

Seyidqışlaq kəndinin ərazi nümayəndəsi Vaqif Mehdiyevin verdiyi açıqlamaya görə, "Elman Qədirov 3-cü qrup Qarabağ əlili olub, özü rayonun Yaşıllaşdırma idarəsində işləyib. Yeyib-içən oğlan idi, amma son vaxtlar mədəsindən şikayət edirdi. Belə maddi problemi olmayıb, dövlət tərəfindən təmin olunmuşdu. Yəqin depresiyaya düşüb. Ailə üzvləri ilə də normal münasibətləri olub, 2 oğlan övladı var- biri Gəncədə tələbə, digəri isə hərbi xidmət idi”.

Faktla bağlı Qəbələ rayon prokurorluğunda cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Qarabağ əlilinin hansı səbəbdən intihar etməsi istintaq araşdırmalarının sonunda bəlli olacaq.

Şərhlər

XƏBƏR LENTİ