Üzərindən və evindən narkotik aşkar edildi
- 9-02-2018, 14:22
- 1 440
Araşdırmalarla onun rayonun Ağ-çay kənd sakini, əvvəllər məhkum olunmuş Həsən Qasımov olduğu məlum olub. Baxış zamanı onun üzərindən 1 bükümdə narkotik vasitə olan marixuana aşkar olunub.
Ətrafında aparılan tədbirlərlə onda əlavə narkotik maddə olduğu müəyyən edilib. H.Qasımovun yaşadığı evə baxış zamanı sellofan torbada çəkisi 460 qram olan qurudulmuş marixuana da aşkar edilib.
Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb.