SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Üzərindən və evindən narkotik aşkar edildi

Üzərindən və evindən narkotik aşkar edildi

Tarix:

9-02-2018, 14:22

/ 1 433 dəfə oxundu.
Üzərindən və evindən narkotik aşkar edildi

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan xalqxeber.az-a verilən məlumata görə, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun rayonun Ağ-çay kənd sakini, əvvəllər məhkum olunmuş Həsən Qasımov olduğu məlum olub. Baxış zamanı onun üzərindən 1 bükümdə narkotik vasitə olan marixuana aşkar olunub.

Ətrafında aparılan tədbirlərlə onda əlavə narkotik maddə olduğu müəyyən edilib. H.Qasımovun yaşadığı evə baxış zamanı sellofan torbada çəkisi 460 qram olan qurudulmuş marixuana da aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ