XalqXəbər.Az

www.XALQXEBER.az » Hadisə » Polisdən ƏMƏLİYYAT: saxlanılan şəxs özünü bıçaqladı

Polisdən ƏMƏLİYYAT: saxlanılan şəxs özünü bıçaqladı

Polisdən ƏMƏLİYYAT: saxlanılan şəxs özünü bıçaqladı
15-01-2018, 15:26

Şirvanda 45 yaşlı kişi bıçaqlanıb.

Şirvan sakini, 1973-cü il təvəllüdlü Aslanov Məzahir Əlimirzə oğlu qarın boşluğuna nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

İlkin məlumata görə, M.Aslanov polisin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat çərçivəsində saxlanılıb. M. Aslanovun saxlanılan zaman özünə bıçaqla xəsarət yetirdiyi bildirilir.


Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.