Zəng edib ingilis dilində Bakıda terror olacağını dedi - DİN hərəkətə keçdi
Yanvarın 12-də saat 12.38-də FHN-nin “112” Xidmətinə zəng edən naməlum şəxs ingilis dilində onlarda bomba olduğunu və terror hadisəsi olacağını bildirib.
Daxili İşlər Nazirliyinə istinadən xəbər veririk ki, məlumat DİN-in “102” Xidmətinə ötürülüb.
Dərhal əlaqədar orqanların əməkdaşları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib və məlumatın yalan olduğu müəyyən edilib. Bakı Şəhər Baş Polis İdarəsi, Xətai və Abşeron rayon polis idarələri əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verən paytaxt sakinləri olan 2 nəfər “isti izlər”lə müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.
Vətəndaşların nəzərinə çatdırırıq ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...