Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə olunub
- 27-11-2017, 09:38
- 1 523
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyimiz xəbərə görə, Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.