Gəncə sakini 3 yaşlı oğlu ilə birlikdə itkin düşdü
Sentyabrın 4-də Gəncə sakini, 30 yaşlı Xəyalə İlyas qızı Əliyeva 3 yaşlı oğlu Ruzigar Əliyevlə birgə yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həmin qadının xarakterik əlamətləri belədir: boyu 156 santimetr, kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçlarının rəngi isə qaradır.
Evdən çıxarkən əynində qara rəngli şalvar, ağ və qara rənglərin qarışığı olan köynək və eyni rəngli çəkələk olub.
Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Gəncə şəhərinə 022-256-07-73, 022-266-33-75 şəhər nömrələrinə, 055-331-24-24, 050-314-14-91 mobil nömrələrə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək