Sərnişin avtobus sürücüsünə hücum etdi - VİDEO
Bakıda daha bir marşrut avtobusunun sürücüsünə hücum edilib.
Hadisə oktyabrın 10-u saat 19:20 radələrində “28 May” küçəsində baş verib. 61 saylı xətt üzrə hərəkət edən 10 TH 326 nömrəli avtobusda insident yaşanıb.
Tıxaca görə əsəblərini cilovlaya bilməyən sərnişinlərdən biri sürücüyə hücum edib. O, Bakı Kart sisteminə bağlı 2 ədəd cihazı sındırıb, daha sonra avtobusun sükanına müdaxilə edərək qəza şəraiti yaradıb. Bu zaman salonda olan sərnişinlərdən biri yıxılaraq xəsarət alıb. Hadisəni törədən sərnişin isə arxa qapıdan düşərək qaçıb.
Hadisə nəticəsində istismarçı şirkətə külli miqdarda ziyan dəyib. İnsidentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...