Azərbaycanlı avtoritet başından güllələndi - “SXODKA”DA
- 1-02-2017, 22:42
- 2 139
Surqut şəhərində "Kafe Rus"da azərbaycanlı avtoritetlər arasında "sxodka" olub. "Sxodka"nın gedişində avtoritetlər arasında mübahisə düşüb, narazılıq yaranıb. Nəticədə Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Siyavuş Zeynalov başında güllələnərək öldürülüb. Hadisədən sonra qətli törədən şəxs kafedən çıxaraq qaçıb.
S.Zeynalovun meyiti Moskva-Bakı reysi üzrə hərəkət edən təyyarə ilə bu gün günorta saatlarında Bakıya gətirilib.
Faktla bağlı araşdırma aparılır.