Lənkəranda toydan sonra qanlı dava
Lənkəran rayonunun Sinovli kəndində keçirilən toy mərasimindən sonra 3 nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib.
Həmkəndlilər arasında düşən dava zamanı 45 yaşlı Mehrəliyev Daşqın Barat oğlu və 24 yaşlı Mehrəlizadə Ruslan Adil oğlu döyülərək baş və bədən nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara tibbi yardım göstərilib.
Zərərçəkmiş D.Mehrəliyev bildirib ki, Ramin Hüseynov ad-soyadlı həmkəndliləri qonşuluqda keçirilən toy mərasimindən içkili vəziyyətdə qayıdaraq küçədə nalayiq ifadələr işlədib. İrad bildirdikdə isə Ramin yerdən daş götürərək D.Mehrəliyevə xəsarət yetirib. Ardınca D.Mehrəliyevlə bir yerdə olan qohumu R.Mehrəlizadə də davaya qoşulub. Davadan sonra onun bədən və kürək nahiyələrində dişləmə nəticəsində didilmiş yaralar aşkar edilib.
Hadisə şahidlərinin sözlərinə görə, qarşı tərəf də xəsarət alıb, lakin xəstəxanaya müraciət etməyib.
İnsidentlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.
Faktla bağlı araşdırma başlanıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...