Sabiq rəisə hökm oxundu
Sabunçu Rayon Hərbi Komissarlığının çağırışçıları rüşvətlə xidmətdən yayındırmaqda ittiham olunan sabiq şöbə rəisi Toğrul İsgəndərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Bakı Hərbi Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, T.İsgəndərov irəli sürülmüş ittihamla təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, T. İsgəndərov həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək