SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azərbaycanda tələbə qızılcadan öldü

Azərbaycanda tələbə qızılcadan öldü

Tarix:

4-01-2024, 17:29

/ 445 dəfə oxundu.
Azərbaycanda tələbə qızılcadan öldü

 TƏBİB qızılcadan ölən tələbə ilə bağlı məlumat yayıb.

Qurumdan verilən məlumata görə, ötən il dekabrın 30-da 2002-cü il təvəllüdlü (cinsi qadın) vətəndaş Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub.

Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq 4 yanvar saat 10:30 radələrində vəfat edib.

***

saat 17:01

Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib.

Rayonun Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, o, ötən ayın 26-dan xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış.

Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kurs tələbəsi olub.

Şərhlər

XƏBƏR LENTİ