Xərçəng xəstələri üçün xüsusi qidalanma
- 24-01-2017, 23:59
- 2 443
Müalicə alan insanın qida qəbulunun yaxından müşahidə edilməsi, həkiminin də məlumatı əsasında xüsusi dəstək qida məhsullarının istifadə edilməsi mühüm əhəmiyyət daşıyır.
Kimyaterapiya əsnasında və sonrasında, kafi və balanslı qidalanma planı tətbiq etmək və qida müxtəlifliyinə diqqət etmək çox mühümdür. Gündə ən az beş pay hər rəngdən tərəvəz və meyvələrdən istehlak etməyə diqqət göstərilməlidir. Məsələn tünd yaşıl yarpaqlı tərəvəzlər və sarı tərəvəzləri istehlak etmək vacibdir. Fərqli rənglərdə tərəvəz və meyvələr sağlamlığın inkişafı üçün əhəmiyyət daşıyır.
Yağlı qidaların qəbulunun azaldılması üçün yeməklər az yağ ilə bişirilməli, ət yeməkləri yağ vurmadan öz yağları ilə bişirilməli, qızartma, qovurma kimi bişirmə üsulları yerinə qaynatma üsulu istifadə olunmalıdır; gül kələmi, brüssel kələmi istehlak edilməlidir, sarımsaq və soğan xüsusilə çiy olaraq yeyilməlidir.