XalqXəbər.Az

www.XALQXEBER.az » İqtisadiyyat » Ətin qiyməti bu il daha da baha olacaq - SƏBƏB

Ətin qiyməti bu il daha da baha olacaq - SƏBƏB

Ətin qiyməti bu il daha da baha olacaq - SƏBƏB
15-06-2017, 12:48

Kənd rayonlarında mal-qaraya verilən yemlik otun, yoncanın kəskin bahalaşdığı bildirilir.

Verilən xəbərlərə görə, Aran rayonlarında keçən qış yonca kipi 1 manat, bu qış 2 manat olub. Hazırda yonca kipinin 3 manata, 3 manat 50 qəpiyə yüksəldiyi bildirilir.

Dağlıq rayonlarında da yemlik otun bahalaşdığı deyilir. Hazırda dağlıq rayonlarda otun bir bağının 2 manat 50 qəpiyə satıldığı söylənir.

Ekspertlər bunu örüş yerlərinin azalması ilə izah edirlər. Onlar deyirlər ki, üstəlik, fermerlərin icarəsində olan bir çox torpaqlar onların əlindən alınıb. Həmin torpaqların bir hissəsində pambıq əkilib.

Ekspertlər bu il ətin, yağın və pendirin də bahalaşacağını istisna etmirlər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.