Azərbaycanda 22 kredit təşkilatı ləğv edildi (RƏSMİ)
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bir sıra kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
Bu barədə Palatadan məlumat verilib.
Bir il müddətində bank fəaliyyətinin həyata keçirilməməsi, iki hesabat tarixinə hesabatların təqdim olunmaması, təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsinin müəyyənləşdirilməsi və illik kənar auditin keçirilməməsi səbəbindən “Ağammədli”, “Ağdaş”, “Aqrovest”, ”Balıqçı”, “Bənövşə”, “Buta”, “Fəqan”, “Fidan”, “Girdiman”, “İnkişaf”, “Meridian”, “Mikrokredit”, “Muxax”, “Nihat”, “Qarabağ-2010”, “Şəmkir”, “Şəmkir Aqro”, “Zərqova”, “Ziya”kredit ittifaqlarına və öz müraciətləri əsasında “A.F.S” və “KİV nümayəndələri” kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv edilib.
Həmçinin, fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl olunmamasına görə “Norveç Mikrokredit” bank olmayan kredit təşkilatına verilmiş kreditlərin verilməsi üçün lisenziya ləğv edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək