Bu kartlardan nağd pul çıxarmaq mümkün olmayacaq
- 15-05-2017, 14:54
- 62 708
Bu addım Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi əsasında atılıb.
Belə ki, bu günlərdə Palatadan banklara zəng edilib və şifahi şəkildə biznes kartlarından nağdlaşdırmanın dayandırılması tövsiyə olunub. Bu, “Nağdsız hesablaşmalar haqqında” qanunun icrasından irəli gəlir.
Xatırladaq ki, yeni qanunla əlaqədar bir qədər əvvəl iş adamlarının cari hesablarından vəsait çıxarılmasına limit qoyulub.