Azərbaycanda göz bankı yaradıla bilər - Meyitlərdən götürüləcək
Azərbaycanda göz qişalarının saxlanması üçün göz bankı yaradıla bilər.
Bu barədə məsələ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tərəfindən qaldırılıb.
Məsələyə münasibət bildirən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, göz bankının yaradılması üçün bir neçə məsələ öz həllini tapmalıdır:
“Göz qişası yalnız meyitdən götürülür. Azərbaycanda meyitdən göz qışası götürmək olar, amma “Transplantasiya haqqında” qanunun bu müddəasını reallaşdırmaq üçün beyin ölümünün kriteriyaları müəyən olunmalıdır. Səhiyyə Nazirliyi tərəfindən bu kriteriyalar müəyyənləşib və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib”.
M.Quliyev əlavə edib ki, eyni zamanda meyitdən orqan və toxumaların götürülməsi üçün müəyyən müvafiq klinikalar olmalıdır və bu iş həmin klinikalarda həyata keçirilməlidir: “Bu məsələlər reallaşdıqdan sonra Azərbaycanda göz bankının yaradılması mümkündür”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...