Rüfət Aslanlının bankı kritik durumda - BÖHRAN
- 9-04-2021, 12:00
- 664
Valyuta.Az xəbər verir ki, maliyyə bazarının ən zəif halqası olan “Bank Avrasiya” 64 milyon 17 min manatlıq biznes kreditləri ilə, 7 milyon 496 min manatlıq istehlak krediti ilə, 44 milyon 028 min manatlıq depozit portfeli ilə, 97 milyon 989 min manatlıq xalis kreditləri ilə, 88 milyon 556 min manatlıq cəmi öhdəlik və digər maliyyə maddələrində ən son sırada qərarlaşıb.
Sabiq məmur Rüfət Aslanlıya məxsus bankın rəqiblərindən bu qədər geridə qalması “Bank Avrasiya”nın gələcəyinin parlaq olmamasından xəbər verir. 1 il ərzində xalis mənfəətindən 4 milyon 130 manat itirən bank 331 min manatlıq mənfəət vergisi ödəyib. Bundan sonra isə onun xalis mənfəəti 1 milyon 226 min manata enib.
Qeyd edək ki, “Bank Avrasiya”nın müşahidə şurasının sədri Fuad Aslanov Rüfət Aslanlının kiçik qardaşıdır.