“Bu qərar Azərbaycanın xeyrinədir” - Natiq Əliyev
Azərbaycan neftin hasilatının azaldılması ilə bağlı əldə olunmuş razılaşmanın müddətinin uzadılmasını dəstəkləyir.
Bunu energetika naziri Natiq Əliyev bildirib. "Bildiyiniz kimi, mayın 24-də OPEC üzvləri və kartelə daxil olmayan ölkələrin nümayəndələri bir daha toplaşacaq və Monitorinq Qrupunun hesabatı dinləniləcək. Bu hesabatdan və müzakirələrdən asılı olaraq, hasilatın azaldılmasına dair razılaşmanın müddətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar veriləcək. Lakin mən hesab edirəm ki, ötən ilin dekabr ayında qəbul edilən qərar bazara öz müsbət təsirini göstərdi.
Biz görürük ki, cari ilin yanvar ayından, yəni hasilatın azaldılmasına dair əldə olunan razılaşmanın qüvvəyə mindiyi vaxtda etibarən neftin qiyməti stabil olaraq 50-60 dollar arasında qalmaqdadır. Bu, onu göstərir ki, görülmüş tədbirlər bazara müsbət təsirini göstərdi. Bu səbəbdən hesab edirəm ki, stabilliyin qorunması və daha yaxşı nailiyyətlər əldə etmək üçün hasilatın azaldılması ilə bağlı razılaşmanın müddəti uzadılmalıdır. Bu qərar Azərbaycanın xeyrinədir", - deyə nazir qeyd edib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...