Maliyyə Sabitliyi Şurası xüsusi pul proqramını qəbul edib
“Pul siyasətinin sərtləşdirilməsi siyasətinə artıq başlanılıb və bu siyasət il ərzində davam etdiriləcək”.
Bunu açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev bildirib.
“Məzənnənin tam liberallaşması rejiminə keçidlə bağlı biz pul siyasətinin əsas hədəfi olaraq növbəli şəkildə pul bazasının həcmini seçmişik. 2017-ci ilin pul siyasətinin əsas istiqamətləri bəyanatına fikir versəniz görərsiniz ki, artıq pul bazasının həcmini hədəfləyirik.
Həm məzənnənin liberallaşması, həm də pul bazasının hədəflənməsi gələcəkdə ortamüddətli dövrdə inflyasiyanın hədəflənməsi rejiminə keçidə hazırlıqdır. Maliyyə Sabitliyi Şurası üzvlərinin də iştirakı ilə xüsusi pul proqramı qəbul olunub.
Sərtlik ondan ibarətdir ki, xüsusi pul proqramı bütün emissiya kanallarını nəzarətə götürür, yəni optimal səviyyədə olur. İkinci istiqamət isə faiz siyasətidir ki, bu da kifayət qədər sərtləşib.
2016-cı ildə uçot dərəcəsi 15%-ə qədər artırılıb. Şərait tələb edərsə, bu alətdən (uçot dərəcəsindən - red.) də istifadə olunacaq. Yəni pul siyasətinin sərtləşdirilməsi pul bazasının pul proqramı əsasında nəzarətə götürülməsidir”, - deyə A.Babayev bildirib.
Bank sektorundan əldə etdiyimzi məlumata görə, kommersiya bankları gündəlik əsasda tənzimləyicini pul qalıqları barədə məlumatlandıracaq. AMB isə bu məlumatlar əsasında müvafiq qiymətləndirmələr aparacaq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...