Deputatdan valyuta dəyişmək istəyənlərə — ŞAD XƏBƏR
“Yaxın aylarda Azərbaycanda valyutadəyişmə məntəqələri yenidən fəaliyyətə başlayacaq”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.
V.Əhmədov deyib ki, bununla bağlı Milli Məclisin aprelin 25-də keçiriləcək iclasında “Valyuta tənzimi haqqında” qanuna bir sıra əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur:
“Bu məsələ ilə bağlı komitə iclasında ümumi razılıq da əldə olunub. Ancaq müəyyən məqamlar var ki, hazırda onların üzərində işlənilir. Qanuna sözügedən əlavə dəyişiklik yaxın 1-2 ay ərzində mümkün olacaq. Yəqin ki, sözügedən dəyişikliklər qəbul edildikdən və Prezident tərəfindən təsdiq olunduqdan sonra isə valyutadəyişmə məntəqələri açılmağa başlayacaq”.
Xatırladaq ki, dünyada neftin qiymətinin aşağı düşməsi nəticəsində baş verən devalvasiya ilə əlaqədar 2016-cı ilin yanvarından etibarən Azərbaycanda fəaliyyət göstərən bir çox valyutadəyişmə məntəqələri bağlanıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...