Müştəri itkisinə məruz qalan "Express Bank"ın arxasında kim dayanır?
- 29-07-2020, 11:25
- 1 414
E.Pirverdiyevin vəzifədən azad olmasından sonra bankın üstünə qara buludlar çöküb və bu buludların yaxın dövrlərdə dağılacağı görünmür.
Sabiq prezidentin qaynı Hikmət Xammədov "Express Bank"ın 16%-ə yaxın səhmdarıdır. E.Pirverdiyev vəzifədən azad olunanda mətbuatda onu alqı-satqı əməliyyatında H. Xammədov təmsil etdiyi bildirilsə də bu məlumat bank tərəfindən təkzib edilməmişdi. Bundan başqa H. Xammədov "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC-nin 98,5 faizinin də sahibidir. Ona məxsus olan səhmlərin sayı isə 375,124 ədəd olub.
E.Pirverdiyevin vəzifədən azad olunmasından cari ilin 2-ci rübünə qədər olan göstəricilərdə ciddi müştəri itkisi müşahidə olunur:
Göründüyü kimi E.Pirverdiyevin vəzifədən azad olunmasından bu rübə qədər bank 106 milyon 871 min manat depozit itirib. Eynilə 6 milyon 373 min manatlıq itki də kredit portfelində müşahidə olunub. Bankın o dönəmdən cari ilin 2-ci rübünə qədər olan hesbatında cəmi aktivləri, öhdəlikləri, faiz və qeyr-faiz gəlirləri ciddi şəkildə azalıb.
Qeyd edək ki, "Express Bank"ın ən böyük səhmləri isə "Azenco Group" MMC-yə məxsusdur. Bankda nizamnamə kapitalının 48,8%-i "Azenco Group" MMC-yə məxsus olsa da ötən ilin sonlarında MMC 8%-dən çox hissəsini satıb. MMC hazırada "Express Bank"da 40%-dən çox hissəyə sahibdir.
Xatırladaq ki, “Azenco Group” MMC Sumqayıt Texnologiya Parkının (STP) təsisçisidir. Ötən ilin Noyabr ayında STP-nin nizamnamə kapitalı 225 milyon 870 min 346 manat səviyyəsində müəyyən edilib.Kommersant.az