36 milyon büdcəsi olan bələdiyyəyə 65 milyonluq seçki
- 24-12-2019, 19:21
- 1 062
“AzPolitika.info” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, dövlət büdcəsindən seçkinin təşkilinin maliyyələşdirilməsinə 65,2 milyon manat xərclənib.
Q.İbadoğlu hesab edir ki, belə seçkilərlə bələdiyyələri tamam gözdən salmaqdansa, seçki pullarını onların arasında bölüşdürməyin daha çox faydası olardı: "Bu vəsait bələdiyyələrin illik büdcəsindən 2,5 dəfə, gələn il doğulan bütün uşaqlara veriləcək birdəfəlik yardımın ümumi məbləğindən 4,5 dəfə çoxdur. Yəni həmin vəsaiti xərcləməyib uşaq puluna yönəltsəydik, hər bir yeni doğulan uşağa 200 manat deyil, 900 manat ödəmək mümkün olardı".